Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə ibtidai istintaq aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunun Qabaqtəpə kəndində zorakılıq iddiası üzrə istintaq davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, sözügedən kənddə ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq iddiası üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb.
Hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...