"Bandotdel"dən ƏMƏLİYYAT: Həbs olunan var
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalanıb.
Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı
Şəmkir rayonunun Varlı Həyat kəndində bir evdən qadın və kişi meyitlərinin aşkarlanması ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-nin məlumatına görə, hadisə...