Bu kəndi güclü dolu vurdu - FOTO/VİDEO

Son bir neçə gündür Azərbaycanda anomal hava şəraiti hökm sürürür.
BAKU.WS xəbər verir ki, may ayı olmasına baxmayaraq ölkənin bəzi yerlərinə qar yağır, bəzi yerlərində isə dolu və leysana çevrilən güclü yağış olur.
Bu dəfə ölkənin şimal-qərbində yerləşən Balakənə güclü dolu yağıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə məlumat və görüntülər daxil olub.
Sakinlər qeyd edib ki, gecə saat 01-00-dan başlayaraq Katex kəndinə güclü dolu yağmağa başlayıb.
Görüntülərdə təbiət hadisəsinin uzun müddət davam etdiyi və çoxaldığı kadrlar əks olunub.
Kənd sakinləri doludan ağ örpəyə bürünən evlərinin həyətlərini təmizləməyə çalışıblar.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
