Balakəndə qayda pozan 20 sürücü cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə yol polisi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarını pozan 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində keçirilən reydlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, piyada səkilərində və avtobus dayanacaqlarının bir neçəsində nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.
Həmin avtomobillərin sahibləri barəsində cərimə protokolu tərtib olunub və bu kimi halların digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Dayanma-durma qaydalarını kobud şəkildə pozan sürücülər CƏRİMƏLƏNDİ - FOTO
Göygöl rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbir...