Balakəndə narkotik plantasiyası aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə narkotik plantasiyası aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Balakəndə polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....