Balakəndə avtomobil traktora çırpılıb, ölən və xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə avtomobil və traktorun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, digəri xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonunun Katex kəndi ərazisində 1994-cü il təvəllüdlü Şaban Çalabovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb.
Nəticədə minik avtomobilindəki sərnişin 1955-ci il təvəllüdlü Çalabov Əli Şaban oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişini 1958-ci il təvəllüdlü Çalabov Rəcəb Şaban oğlu xəsarət alıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...