Bakıya gələn erməni güllələndi

Bakıya gələn erməni güllələndi
Hadisə 23317

 

Yunan-roma güləşi üzrə Rusiyanın çempionu, erməni əsilli Miqran Artünyan Moskvanın mərkəzində silahlı insident zamanı yaralanıb.

BAKU.WS Life.ru-ya istinadən xəbər verir ki, qanlı hadisə Moskvada baş verib.

İdmançı tanışı ilə münaqişə zamanı təsadüfən ayağından vurulub. 28 yaşlı döyüşçü 34 yaşı dostu Savmel Avedyanomla aralarında olan münasibəti aydınlıq gətirmək üçün paytaxdakı avtosalonların birinə gəlib.

Qarşı tərəflə söhbət zamanı sözləri çəpləşən iki qrup arasında silahlı insident baş verib. Miqran Artünyanın üzərində silah olub. Hadisə yerinə polis əməkdaşları gəlib. İdmançı xəstəxanaya getməkdən imtina edib. 

Qeyd edək ki, Miqran Artünyan Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının iştirakçısı olub.

BAKU.WS

Son xəbərlər