“Bakubus”un avtobusu mağazaya çırpılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda marşrut avtobusu qəza törədib.
BNA-dan BAKU.WS-ə verilən məlumata görə, axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsində Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır, BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu - çox sayda yaralı var - YENİLƏNİB
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb. Agentlikdən BAKU.WS-ə verilən xəbərə görə, yanvarın 30...