"BakuBus" sürücüsünün sərnişini ölümdən xilas etdiyi anlar kameraya düşdü (VİDEO)

Ötən gün "BakuBus" avtobusunun sürücüsü sərnişinin həyatını xilas edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə 26 yanvar tarixində sahat 09:15-də Tbilisi prospektindən hərəkət edən "BakuBus"a məxsus 6 saylı marşrut avtobusunda baş verib.
Hadisə zamanı sürücü Növruzov Oqtay Şair oğlu öz xidməti vəzifəsini yerinə yetirərək, huşunu itirib yerə yıxılan sərnişinə ilk tibbi yardım göstərmiş və onun həyatını xilas edib. Sürücü xəstənin dilini tutararaq onu ölümdən xilas edib. Sürücünün əli parçalansa da həkim gəlib çıxanadək əlini çəkməyib.
Hadisənin görüntülərini təqdim edirk.
Şahin Həbibov
BAKU.WS

Oxşar xəbərlər
Bakıda qadın sürücünün avtomobili ilə “BakuBus”-ın avtobusunun toqquşma anının - VİDEOSU
Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb. BAKU.WS xəbər verir ki, BakuBus”-ın mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın...