Bakı avtobusunda dəhşət: Xəstə qocanı küçəyə atdılar - YENİLƏNİB (FOTO)
Hövsan qəsəbəsindən "Əhmədli”yə gələn 10 TG 439 dövlət nömrə nişanlı 132 saylı marşrutda dəhşətli hadisə baş verib.
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, bu gün səhər saat 09:00 radələrində avtobusda 65-70 yaşlı kişi sərnişininin gözlənilmədən halı pisləşib və o huşunu itirib. Sürücü avtobusu "Əhmədli” metrostansiyası qarşısındakı dayanacaqda saxlayaraq sərnişini düşürüb. O, hüşunu itirmiş qocanı asfaltın üzərinə ataraq yoluna davam edib.
Kişi ətrafdakı insanların hadisə yerinə çağırdığı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, kişinin ürəktutuması olub. Kişidə qıcolma yaranıb. FOTOdakı ağ köynəkli oğlan ilkin tibbi yardım göstərib. Kişinin qatlanan dilini çıxararaq həyatını xilas edib.
BAKU.WS
Oxşar xəbərlər
İçərisində xəstə olan “Təcili yardım” maşını qəzaya düşdü
Bakıda "Təcili tibbi yardım" avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alını...