“Baku Electronics”də partlayış, işçi öldü - YENİLƏNİB - VİDEO

“Baku Electronics”də partlayış, işçi öldü - YENİLƏNİB - VİDEO
Video
Hadisə 3321

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan bildirildiyinə görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, o, rayonun Bakıxanov qəsəbəsi, Sakit Qocayev 97 ünvanında yerləşən "Baku Electronics" elektrik avadanlıqlar dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-oksigen balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

***10:34

Bakıda Bakıxanov qəsəbəsində yerləşən elektrik malları mağazasında partlayış baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Hadisənin Sakit Qocayev 97 ünvanında baş verdiyi bildirilir.

Sakinlərin sözlərinə görə, partlayış zamanı bir nəfər həyatını itirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda karxanada maşinist daş kəsən mişarın arasında qalaraq ölüb

Bakıda karxanada maşinist daş kəsən mişarın arasında qalaraq ölüb

Bakıda daş karxanasında maşinist faciəvi şəkildə ölüb. Bu barədə BAKU.WS-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, noyabrın 12-si saat 1...

198 Hadisə 16:04 15 noyabr 2021

Son xəbərlər