“Baku Cristall Holl”da uçqun, xəsarət alan var
Bu gün "Baku Cristall Holl” idman-konsert sarayında insident baş verib.
Virtualaz.org-a daxil olan məlumata görə binanın daxili konstruksiyalarından birinin qopub düşməsi nəticəsində işçilər arasında xəsarət alan var. Xəsarət alanlardan Çingiz Nəsirov adlı şəxs "MediClab” özəl klinikasına aparılıb. Klinikadan həmin şəxsin terapiya şöbəsinə yerləşdirildiyini təsdiq ediblər.
FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov faktı təsdiq edib, ancaq bildirib ki, idman-konsert zalında heç bir təhlükəli vəziyyət mövcud deyil. "Bizim mütəxəssislərimiz dərhal hadisə yerinə gediblər, ciddi nəsə baş verməyib. Bina üçün heç bir təhlükə yaranmayıb”-o deyib.
"Baku Cristall Hall” "Eurovision” mahnı yarışmasının keçirilməsi üçün nəzərdə tutulub, 23 min tamaşaçı tutur. Sonradan Bakı Avropa Oyunlarının bəzi yarışları da bu binada keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda "avtoş" yol polisini vurub qaçdı
Bakıda yol polisi əməkdaşını maşın vurub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində "Azneft” dairəsində qeydə al...