Bakının məşhur otelində qanlı hadisə

11
may
2017
17:35
Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS-in Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən "Shah Palace” adlı oteldə qeydə alınıb.
Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın və kişi balkondan düşdü
Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib. BAKU.WS Report-a istinadən xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mər...
