Bakıda yeni yol çəkib ətraf üçün problem yaratdılar - Həlli istiqamətində iş aparılır
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kanalizasiya borusu partlayıb, çirkab sular ətrafı basıb.
Sakinlərin məlumatına görə, ərazidə hələ də çirkab sular qalmaqdadır.
Qeyd olunan ünvana asfalt qatı çəkilən zaman tullantı su quyuları nəzərə alınmayıb və asfaltın altında qalıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADSEA-nın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ötən gündən Sabunçu rayon Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb edilib. Quyuların açılması istiqamətində işlər görülür.
***10:27
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kanalizasiya borusu partlayıb, çirkab sular ətrafı basıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Abdulla Abdullayev küçəsində qeydə alınıb. Çirkab sular küçədə antisanitar vəziyyət yaradıb. Bundan əlavə həm maşınlar, həm də piyadalar üçün hərəkət çətinləşib.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...