Bakının orta məktəbində kütləvi ZƏHƏRLƏNMƏ

Bakının orta məktəbində kütləvi ZƏHƏRLƏNMƏ
Hadisə 266

"11.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb".

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb",

***13:34

"14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib".

Bu barədə BAKU.WS-ə məktəbdən şagirdlərin zəhərlənməsi faktı ilə bağlı məlumat verilərkən bildirilib.

Həmçinin qeyd edilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb:

"Həmçinin məktəb rəh:ərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir".

***13:20

Bu gün Bakının Nəsimi rayonu ərazisində 14 saylı orta məktəbə təcili yardım həkimləri çağrılib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, məktəbdə şagirdlərin kütləvi zəhərlənməsi qeydə alınıb.

Məktəbə 5 təcili yardım maşını və həkim briqadası cəlb olunub.

Ziya SƏCCAD

Son xəbərlər