Bakının mərkəzində inək, qoyun saxlayırlar - Sakinlər narazıdır
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31 ünvanında (şəhid ailələrinin məhləsi) yerləşən bir şəxs qanunsuz obyekt inşa edərək onu günü-gündən böyüdür.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlər bildirirlər ki, bu obyekt məhləyə giriş-çıxışa maneə törədir, sakinlərin hərəkətini çətinləşdirir. Bundan başqa, həmin şəxs obyektdə inək və qoyun saxlayır ki, bu da həm natəmiz qoxulara, həm də sanitar-gigiyena problemlərinə səbəb olur.
Sakinlər bildirirlər ki, məhəlləyə yanğınsöndürən maşınların və Yasamal MTK-nın nəqliyyat vasitələrinin girişinə də maneələr yaranır.
Onlar aidiyyəti qurumlardan qanunsuz obyektin sökülməsi və ərazidə qayda-qanunun təmin olunmasını tələb edirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə oktyabrın 5-dən 11-dək 34 tank əleyhinə mina, 327 piyada əleyhinə mina, 624 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləş...