"BakıKart" tətbiqindən narazılıq - "Onlayn balans artırmaq mümkün deyil"

BakıKart tətbiqindən narazılıq - Onlayn balans artırmaq mümkün deyil
Hadisə 44

BakıKart tətbiqində yaranan problemlə bağlı vətəndaşlar narazılıqlarını bildirirlər.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, artıq bir neçə saatdır tətbiq vasitəsilə karta onlayn qaydada vəsait yükləmək mümkün deyil. Müxtəlif bank kartları ilə cəhd göstərilsə də, ödəniş əməliyyatı baş tutmur.

Sakinlər bildiriblər ki, tətbiqdə mövcud pul kisəsi balansından istifadə etmək mümkün olsa da, yeni vəsait əlavə etmək funksiyası işləmir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər