Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb.
Qurumdan BAKU.WS-ə bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi müşahidə olunur, küləyin maksimal sürəti 21 m/s-ə çatır.
Ölkənin bəzi rayonlarında isə şərq küləyi üstünlük təşkil edib. Küləyin maksimal sürəti Goranboyda 19, Naftalanda 18, Culfada isə 17 m/s-dək güclənib.
Oxşar xəbərlər
Sabah 38 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi ə...