Bakıdan qonaq gedən qadın eyvandan yıxılaraq ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda 45 yaşlı qadın hündürlükdən yıxılaraq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Vel kəndində baş verib.
Bakı şəhər sakini 3 uşaq anası 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət etmək üçün Lənkərana tanışının evinə gəlib. O, eyvanda durduğu zaman məhəccərə söykənib və məhəccərin qopması səbəbindən yüksəklikdən yıxılıb. Nəticədə o, başından aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....