Bakıdan Goranboya getdi, internetdə tanış olduğu məktəbli qıza təcavüz etdi, həbs olundu

Goranboyda məktəbli qıza təcavüz edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki orta məktəbin yaxınlığında baş verib.
Bakı şəhərində yaşayan 1996-cı il təvəllüdlü Orxan Aslanov (ad və soyad şərtidir) internetdə oyun oynayarkən Goranboy rayonunda yaşayan qızla tanış olub. O, qızla bir neçə gün danışandan sonra aralarında sevgi münasibətləri yaranıb və Orxan Goranboy rayonuna getmək istədiyini bildirib. Qız da Orxanın gəlməsinə etiraz etməyib və Orxan taksi ilə Bakıdan Goranboya yollanıb. Yeniyetmə qız Orxanı orta məktəbin arxasındakı yarımtikiliyə çağırıb və orada görüşüblər. Məlum olub ki, qız orta məktəbin 9-cu sinfində oxuyur və o, evlərindən hazırlığa getmək adı ilə çıxıb.
Görüşdən sonra Orxan Bakıya qayıdıb və onlar telefonla danışmağa davam ediblər.
Bir neçə gündən sonra Orxan qızı görmək üçün yenidən Goranboy rayonuna gedib və eyni yerdə görüşüblər. Həmin vaxt Orxan yeniyetmə qıza cinsi əlaqə təklif edib. Qız buna etiraz etsə də, Orxan onunla məcburi cinsi əlaqədə olub.
Sonuncu görüş zamanı Orxan qızı Bakıya qaçırıb və nənəsinin evinə gətirib.
Məsələdən xəbər tutan ailə bu barədə polisə məlumat verib.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı onların yeri müəyyən edilib və Orxan saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, yeniyetmə qız öz istəyi ilə qaçırılıb və o, Orxanla ailə qurmağa razıdır.
Məhkəmənin hökmü ilə Orxan Aslanov iki il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Müşfiqabadda maşın yanıb
Qaradağ rayonu Müşfiqabad qəsəbəsində maşın yanır. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə zamanı "Merc...
