Bakıdakı dəhşətli qəzada xəsarət alanların adları - SİYAHI - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunda baş verən ağır qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar 1973-cü il təvəllüdlü E.Həsənov, 1975-ci il təvəllüdlü V.Həsənov və 1983-cü il təvəllüdlü Q. Zeynalovdur.
Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.
***14:21
Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.
Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.
Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.
BAKU.WS xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı “oxu.az”a təsdiqləyib:
“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.
Oxşar xəbərlər
Polislə sürücü arasında mübahisə - VİDEO
Sürücü və yol polisi arasında mübahisəni əks etdirən video yayılıb. BAKU.WS xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda yol polisi sürücüd...