Bakıda avtomobil yandı
Bakıda avtomobilin yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən açıqlama verilib.
FHN Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Hyundai" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***22:22
Bakıda avtomobil qəfil alışıb və yanıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, hava limani yolunda, Zığ istiqamətində "Hyundai" markalı maşın yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...