Bakıda zəncirvari yol qəzası baş verib - Yaralılar var - VİDEO

15
fev
2020
09:15
Bakının Nizami rayonunda 4 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
"Renault" markalı nəqliyyat vasitəsinin qarşısına qəfil piyada çıxıb. Bu zaman ard-arda iki "Opel" və "Mitsubishi" markalı avtomobillər bir-birinə çırpılıb.
Qəza zamanı "Opel Astra" markalı avtomobildə olan 1996-cı il təvəllüdlü Abbasov Nicat Telman oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI - Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş
Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı...
