Bakıda zəncirvari qəza: Yol bağlandı - VİDEO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
İlkin məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.
Belə ki, “Mercedes”, “Shacman” və “Chevrolet” markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəza səbəbindən ötən gecə sözügedən istiqamətdə nəqliyyatın hərəkətində güclü tıxac müşahidə edilib. Qəza nəticəsində ölən və yaralananların olub-olmadığı ilə bağlı məlumat yoxdur.
Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bir neçə gün öncə baş verib:
“Hadisə zamanı ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
