Bakıda zəncirvari qəza - 6 maşın toqquşdu
22
may
2020
09:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb.
Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.
Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...