Bakıda yol qəzası: Su daşıyan "Kamaz" aşdı - VİDEO - YENİLƏNİB

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində su daşıyan "Kamaz" "Seat" markalı avtomobillə toqquşub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində ölən olmayıb:
“Hadisə yerinə cəlb olunan DYP əməkdaşları ərazidə nəqliyyatın hərəkətini bərpa edib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Hadisə nəqliyyatın hərəkətində elə də böyük sıxlığa səbəb olmayıb. Artıq qəzanın fəsadları aradan qaldırılıb”.
*** 11:36
Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsində qəza baş verib.
BAKU.WS "asanradio"ya istinadən xəbər verir ki, su daşıyan "Kamaz" "Seat" markalı avtomobillə toqquşduqdan sonra aşıb.
Xəsarət alan yoxdur.
Görüntüləri sizə təqdim edirik:
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...
