Bakıda yerləşdirilmiş tumbalar insanların həyatını xilas etdi – FOTO

07
noy
2018
17:37
Bakı Nəqliyyat Agentliyinin (BNA) yerləşdirdiyi tumbalar səkidə baş verən qəzanın genişlənməsinin qarşısını alıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında paytaxtın Xocalı prospektində yol nəqliyyat hadisəsi baş verib: “Qəza zamanı minik avtomobili idarəetmədən çıxaraq səkiyə doğru hərəkət edib.
Lakin avtomobil səkidə olan qoruyucu tumbaya dəyərək dayanıb. Bu fakt bir daha BNA-nın səkilərdə qoruyucu tumba quraşdırmasının nə qədər doğru addım olduğunu göstərir”.
BAKU.WS


Oxşar xəbərlər
Bakıda iki avtobus toqquşdu – Yaralılar var – FOTO
Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə məlumat verib.On...
