Bakıda yeri dəyişdirilən ağaclar niyə xüsusi texnikayla yox, ekskavatorla çıxarılır?

Bakıda ağacların köçürülməsi adı altında məhv edildiyi iddia edilib.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, metronun "Bakmil" stansiyasının yaxınlığında yeni yolun inşası zamanı ağaclar ekskavator vasitəsilə kökündən çıxarılır və məhv edilir.
Ağacların bu şəkildə çıxarılması sakinlərdə narahatlıq yaradıb və başqa yerə köçürülməsi ilə bağlı sözləri də şübhə altına alıb.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) sorğu ünvanladıq.
"Akademik Həsən Əliyev küçəsi ilə "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsində yeni yolun inşası zamanı tikinti altına düşən ağacların xüsusi texnika vasitəsilə deyil, ekskavator vasitəsilə çıxarılması ilə bağlı daxil olan şikayətə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev münasibət bildirib.
O qeyd edib ki, sözügedən ərazinin bir hissəsindən yüksək gərginlikli elektrik və rabitə xətlərinin keçməsi səbəbindən icraçı qurum bir neçə ağacın xüsusi köçürmə texnikasından istifadə etməklə köçürülməsinin mümkün olmadığını bildirib və bu səbəbdən təhlükəsizlik qaydalarına uyğun olaraq, ağacların bir qismi kökündən deyil, səthə yaxın hissədən traktor vasitəsilə çıxarılaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Ağac Bəzək Bitkiləri Sovxozunun Ramana yaşıllıq sahəsinə köçürülüb.
Ağacların yeni köçürüldüyü ərazidən fotoları təqdim edirik:
Qalereya
Banu Hüseynli
Oxşar xəbərlər
Araz Musayev Türkiyədə güllələndi - Hadisə yerindən görüntülər
Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə güllələnib. BAKU.WS-in əldə etdiyi görüntülərdə Araz Musayevin vəziy...
