Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
02
fev
2026
23:47
Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
1977-ci il təvəllüdlü Rüfət Arif oğlu Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib.
Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...