Bakıda Yeni il gecəsi törədilən qətl ilə bağlı YENİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qətl törədən şəxslərin məhkəməsi başlayır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 31 dekabr 2020-ci il tarixdə saat 5 radələrində Pirallahı rayonu, Gürgan qəsəbəsi sakini 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
İstintaqla 31.12.2020-ci il tarixdə gecə saat 2 radələrində zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun cüzi səbəbə görə 30.12.2020-ci il tarixdə Röyal İlyasovla aralarında mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Röyal İlyasovu qəsdən öldürməklə cəzalandırmaq qərarına gələrək xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək sonuncunu yaşadığı evin yaxınlığında tüfəngdən atəş açaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Cəmil Hüseynov və Elşən Gözəlov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Oxşar xəbərlər
Bakıda Yeni il gecəsi qətl törədən şəxslər məhkəmə qarşısına çıxarılır
Bakıda qətl törətməkdə təqsirləndirilən Elşən Gözəlov və Cəmil Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. BAKU.WS-in Report-a istinadla xəbərinə g...