Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində A.K (ad soyad şərtidir) barəsində istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bibisi oğlu 68 yaşlı kişini öldürdü, cinayəti xüsusi üsul ilə gizlətdi
Əvvəllər də məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilm...