Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO - YENİLƏNİB

Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO - YENİLƏNİB
Hadisə 57

Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

BAKU.WS xəbər verir ki, xidmət rəsmisi Qafar Ağayev oxu.az-a açıqlamasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Xətai Rayon İcra Hakimiyyətinə müraciəti əsasında yaşıllıq zolağında quraşdırılmış yüngül konstruksiya sökülərək ərazi əvvəlki vəziyyətinə gətirildiyini bildirib:

“Sözügedən ərazidə ağaclara ziyan vurulması halı qeydə alınmayıb”.

***11:25

Xətai rayonu, Sarayevo küçəsində, yolun ortasındakı yaşıllıq zolağında kafe tikilməsi planlaşdırılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb.

Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO - YENİLƏNİB

Ərazidəki vətəndaşlar bildiriblər ki, bütün yaşıllıq zolağı zəbt edilib, ağacları kəsir, diqqət çəkməmək üçün tikinti işini gecələr icra edirlər.

Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO - YENİLƏNİB

Məsələ barədə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov bildirib ki, dünən gecə artıq tikili sökülüb:

Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO - YENİLƏNİB

“Saytınızdan daxil olan sorğudan sonra Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ərazidəki qanunsuz tikili sökülüb və əvvəlki vəziyyətinə qaytarılıb”.

Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO - YENİLƏNİB

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər