Bakıda yaşayış binasında yanğın - VİDEO

Bakıda yaşayış binasında yanğın - VİDEO
Video
Hadisə 200

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə Suraxanı rayonu, Yeni Günəşlidə mənzildə qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib. Süni maneə səbəbindən yanğınsöndürənlər bir müddət binaya yaxınlaşmaqda çətinlik çəkiblər.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 110 kvadrat metr olan mənzilin bir otağında və eyvanında beş kvadrat metr sahədə məişət tullantıları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər