Bakıda "yarışa çıxan" sürücüləri polis saxladı - 2 illik CƏZA VERİLDİ - VİDEO

Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb.
Bakı Şəhər DYP İdarəsindən BAKU.WS-ə verilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.
Oxşar xəbərlər
Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını evinə apardı - Əri zəng edəndə...
Bakının Xətai rayonunda 1997-ci il təvəllüdlü Famil cinsi əlaqədə olduğu Firuzənin (adlar şərti verilib – red.) intim foto və videolarını yayıb. BAKU.WS “teleqr...