Bakıda yanğınsöndürən maşın “KamAZ”la toqquşdu
25
may
2021
16:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol-nəqliyyat hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, hadisə yerinə gedən yanğınsöndürən maşın “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"EuroHome”dakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-1
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi...