Bakıda yağış yenə problemlər yaratdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb.
Eyni vəziyyət “Nizami” metrostansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar.
Həmçinin “Qış parkı”nın yaxınlığındakı yeraltı keçidi də su basıb. Səhər saatlarında keçidə dolmuş suyu çəkmək üçün bir neçə su nasosu gətirilib və su çəkilərək yeraltı keçiddə hərəkət bərpa edilib.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...