Bakıda yaddaşını itirmiş qadın axtarılır
Bakıda 61 yaşlı qadının itkin düşüb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
İtkin düşən şəxs 1965-ci il təvəllüdlü Rasimə Ələddin qızı Kamalovadır.
Bildirilib ki, o, dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının boyu 160 sm, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində ağ gödəkcə, ağ köynək, ağ şalvar və ağ idman ayaqqabısı olub.
Qeyd olunub ki, Rasimə Kamalova ağır xəstəlikdən - dördüncü dərəcəli xərçəngdən əziyyət çəkir, həmçinin baş beyin əməliyyatı keçirib və yaddaş problemi var. Onu görən şəxslərdən hüquq-mühafizə orqanlarına və ya (+994 50) 661-82-96əlaqə nömrəsi ilə yaxınlarına məlumat vermələri xahiş olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, R.Kamalovanın tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Oxşar xəbərlər
Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI
Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı sakini o...