Bakıda vəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB + FOTO
Bakıda vəkilin özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, Salyan Vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədovun Vəkillər Kollegiyasının qarşısında üzərinə tezalışan maddə tökərək özünü yandırması faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
***21:44
“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.
BAKU.WS xəbər verir ki, nu sözləri oxu.az-a Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib:
“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib.
Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.
Vəkillər Kollegiyasının sədri Zaur Məmmədovun mərhumun yaxınlarına başsağlığı verib.
***20:52
Vəkil Zaur Məmmədov intihar edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...