Bakıda və Sumqayıtda narkotik satışı ilə məşğul olan şübhəli şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Bakı və Sumqayıt şəhərlərində keçirilən əməliyyat nəticəsində 34 yaşlı M.Rəhimov, 25 yaşlı F.Hüseynzadə və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 27 yaşlı Ə.Atakişiyev saxlanılıb.
Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və 22 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...