Bakıda “üzük əməliyyatı” - ANBAAN VİDEO
20
avq
2024
18:32
Sağ əlinin adsız barmağı qızıl üzüyün sıxması nəticəsində şişmiş bir nəfər Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, xəstəxananın həkimləri tərəfindən vətəndaşın barmağından üzüyün çıxarılması mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Köməyə yetişən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə xəstəxananın həkimlərinin nəzarəti altında aidiyyəti alətdən istifadə etməklə üzüyü kəsərək zərərçəkmişin barmağından çıxarıblar.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...