Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü - TƏFƏRRÜAT - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi ötən gün Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 4 gün bundan öncə Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında 1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu döyülərək xəsarət almışdı.
Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Ölən R.Atakişiyevin keçmiş həyat yoldaşı və onun indiki əri tutularaq istintaqa verilib.
Qeyd edək ki, yanvarın 20-də axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
***14:20 2022-01-24
Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a mərhumun qardaşı Elşən Atakişiyev məlumat verib.
O bildirib ki, qardaşı bu gün vəfat edib:
“Qardaşım - 1979-cu il təvəllüdlü Atakişiyev Ramil Mobil oğlu yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada isə naməlum şəxs tərəfindən döyülüb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb”.
Mərhumun iki övladı var.
Oxşar xəbərlər
Arvadı və qızının ölümünə səbəb olduğu iddia edilən Rəhman Niftəliyev danışdı - YENİLƏNİB - VİDEO
Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev sosial şəbəkədə açıqlama verib. BAKU.WS xəbər verir ki, R...