Bakıda uşaqların olduğu mərkəzdə partlayış oldu - xəsarət alan var
16
dek
2019
11:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə barədə məlumat Təcili Yardıma saat 10:14-də daxil olub.
Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər.
Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib.
Onlara yerində yardım göstərilib.
Oxşar xəbərlər
Bakıda avtobus qəzası - 6 nəfər yaralandı
Bakıda marşrut avtobusu qəzaya uğrayıb. BAKU.WS xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb. Səhiyyə Nazirliyindən bil...