Bakıda avtobus qəzası - 6 nəfər yaralandı

14
dek
2019
11:58
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.
Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - RƏSMİ
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.Bakı şə...
