Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislərin dəfn ediləcəkləri yer açıqlandı - YENİLƏNİB - VİDEO
Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərin dəfn olunacaqları yer bəlli olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, polis kapitanı Eldəniz Məmmədov paytaxtın Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kəndində dəfn ediləcək.
***12:13
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı incidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir. //Oxu.az
***11:50
Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 polisi, bir mülki vətəndaşı öldürüb.
BAKU.WS Baku TV-yə istinadən, hadisənin baş verdiyi Şüvəlan qəsəbəsindəki ərazidən görüntüləri təqdim edir:
Qeyd edək ki, davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...