Bakıda üç avtomobil toqquşub - YENİLƏNİB - VİDEO

Bakıda üç avtomobil toqquşub - YENİLƏNİB - VİDEO
Foto Video
Hadisə 644

Bakı şəhərinin Binəqədi rayonunda ”Shacman” markalı yük, ”Nissan” və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***11:53

Bu gün saat 11:30 radələrində Biləcəri dairəsi istiqamətində ağır yol qəza hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, Avtovağzal yaxınlığındakı Biləcəri dairəsinə doğru hərəkət edən yük maşını ağır yol qəza hadisəsini törədib.

Qəza zamanı digər avtomobillərə də ziyan dəyib.

Hadisə zamanı ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər