Bakıda üç avtomobil toqquşub - VİDEO

Bakıda üç avtomobil toqquşub - VİDEO
Foto Video
Hadisə 165

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.

Qəza zamanı Musa Əsgərovun idarə etdiyi "Hyundai" markalı avtomobil əvvəlcə "VAZ 2109" markalı nəqliyyat vasitəsinə, daha sonra Məhəmməd Fərzəliyevin idarə etdiyi "Land Rover" markalı maşına çırpılıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər