Bakıda tuneldə zəncirvari qəzada sürücü xəsarət aldı, sərnişin şok keçirdi – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“20 Yanvar” dairəsindən Z.Bünyadov prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza zamanı yük maşınına, iki “Toyota” markalı, bir “Hyundai” markalı avtomobilə və avtobusa ziyan dəyib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Qəzada yük avtomobilinin sürücüsü qaş nahiyəsindən xəsarət alıb, sərnişin isə şok keçirib.
İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.
Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda yük avtomobili ilə avtobus toqquşdu: 5 ölü - YENİLƏNİB - VİDEO
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb....