Bakıda tuneldə avtomobil aşıb, xəsarət alan var - FOTO

Bakıda tuneldə avtomobil aşıb, xəsarət alan var - FOTO
Foto
Hadisə 666

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektindəki yolötürücü tuneldə "Niva" markalı avtomobil aşıb.

Məlumata görə, sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi yolayırıcı betona dəyərək aşıb. Avtomobildə olan sərnişin xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına aparılıb.

Son xəbərlər