Bakıda TIR sürücüləri yolu bağladı - FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq.
Qurumun əməkdaşı BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.
***10:12
Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər.
Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.
Qalereya
Oxşar xəbərlər
"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...