Azərbaycana məxsus yük dolu TIR-ın partladılması anı kameraya düşdü (VİDEO)

Azərbaycana məxsus yük dolu TIR-ın partladılması anı kameraya düşdü (VİDEO)
Video
Hadisə 23438

Azərbaycandan Rusiyaya yük daşıyan TIR-ların yandırılmasının görüntüləri yayılıb. 

BAKU.WS xəbər verir ki, sözügedən TIR-lar dağıstanlı sürücülər tərəfindən etiraz əlaməti olaraq yandırılıb. Redaksiyamıza daxil olan məlumata görə, sürüclər Rusiya tərəfinin azərbaycanlı sürüclərə qarşı qərəzli mövqeyindən şikayətçidirlər.

"Onlar bizim maşınları Rusiya ərazisinə buraxmırlar. Daşlayırlar, yandırırlar, sürücüləri döyürlər, amma özləri xan balaları kimi Azərbaycandan yük vururlar. İrandan Rusiyaya yük daşıyırlar, Azərbaycanı tranzit ölkə kimi istifadə edirlər. Bizim sürücülərə isə işləməyə imkan vermirlər"- deyə sürücülər bidirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılıb. Belə ki, Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini "Platon” şirkətinə qarşı aksiyaya qoşulmağı tələb edirlər. Belə ki, dağıstanlı TIR sürücüləri federal yollardan istifadəyə görə TIR sürücülərindən haqq yığan "Platon” şirkətinə etiraz olaraq öz maşınlarını yol kənarlarında saxlayaraq aksiya keçirirlər. Və respublika ərazisindən keçən TIR-ların sürücülərindən də tələb edirlər ki, onlara qoşulsunlar. Lakin aksiyaya qoşulmaqdan imtina edib yoluna davam etmək istəyənlərə qarşı zor tətbiq edilməsi, hətta onların maşınlarının yandırılması halları da qeydə alınıb.

BAKU.WS-in oxucusu İmran Yusifli yandırılan TIR-lardan birinin videosunu göndərib. Həmin videonu təqdim edirik:

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər